Narkotik asılılıqdan necə qurtulmaq olar ?

Asılılığı aradan qaldırmaq problemə kompleks yanaşma olmadan mümkün deyil. Əlbəttə narkotiklərdən azad olmaq arzusu böyük bir addımdır. Bununla belə asılıların reabilitasiyası ilə məşğul olan bir çox təşkilatdan kömək istəmək daha məntiqlidir. Bu bizim Restart Reabilitasiya Mərkəzi ola bilər. Burada reabilitasiya prossesi iki əsas mərhələdə baş verir. Mərkəzimiz effektiv və böyük illərlə yoxlanılmış müalicə proqramı təklif edir:

1)Detoksifikasiya və ya ağrıların çəkilməsi. Mərkəzimiz ictimai və özəl narkoloji mərkəzlər, klinikalar və dispanserlər ilə əməkdaşlıq edir.

2)Birbaşa müalicə və sosial adaptasiya kursunu əhatə edən tam reabilitasiya kursudur.

Yalnız birinci mərhələdən keçmək insanın bərpası üçün kifayət deyil. Çünki, narkotik asılılığı yalnız fiziki asılılıq deyil. Tez-tez kimyəvi cəhətdən asılı bir şəxs uzun müddət həyat və dərman asılığı üzərində işləməli, fikir və dəyərlər sistemini dəyişdirməlidir.

Reabilitasiya mərkəzinin əməkdaşları – kimyəvi asılılıq sahəsində mütəxəssislərdir. Psixoloqlarla birlikdə insana daxilində inam tapmaq, ailə dəyərlərini hiss etmək, sağlam həyat yaşamaq arzusunu tapmaq həvəsini yaratmağa kömək edir.

Terapevtik cəmiyyətimizdə  “Art-terapiya”, “Kinezioterapiya”, psixoloq ilə fərdi və qrup işi, özü özünə kömək qrupları, “Geştalt terapiya”-sı  bu mərkəzin reabilitasiya proqramının müştəriləri ilə işləyən metodların bir qismidir.

Adekvat davranışını itirməyən bir narkotik asılısı asılılıqdan utanır və məsələnin ictimailəşməsini istəmir və ona görə həkimə getmir. Lakin narkoloji mərkəzlər anonim müalicəsi tətbiq edir və bu cür qorxu əsassızdır. Mərkəzdə narkotik asılılığının müalicəsinə mümkün qədər erkən başlayın gecikmə hər gün özünü tamamilə itirmək riskini artırır.

Mərkəzimiz 12 Addım proqramına əsaslanan müalicə kursu təklif edir.

Restart Reabilitasiya Mərkəzinin əməkdaşları kimyəvi asılılıq sahəsində kifayət qədər təcrübəyə malikdirlər. Özləri vaxtilə narkotik asılılığından əziyyət çəkmiş və bu proqram vasitəsilə narkotiksiz-yeni bir həyata başlamış şəxslərdir. Onlar öz təcrübələri ilə hələ də bu bəladan əziyyət çəkənlərə yardım etməyə hazırdılar. Bundan əlavə mərkəzimizdə professional psixoloq fəaliyyət göstərir.