• Müalicə nə qədər davam edir?

    Müalicə kursu zaman baxımından dəyişir, çox şey insanın intoksikasiya dərəcəsindən asılıdır və 9 aya qədər davam edə bilər. İlk mərhələdə qanın təmizlənməsi (detoksifikasiya) geri çəkilmə simptomlarının çıxarılması həkimlər tərəfindən edilir. Növbəti mərhələ psixoloji reabilitasiya, ardından sosial adaptasiya kursu. Müalicənin müddəti insanın psixo-emosional vəziyyətindən və inkişaf dinamikasından asılıdır.

  • Bir asılı şəxs özü-özün müalicə edə bilərmi?

    Özünüzü müalicə edə bilərsiniz, ancaq bu cür müalicə nəticə vermir. Hər il minlərlə insan bu asılılıqdan dünyasını dəyişir. Narkomaniya xəstəliyindən “evdə” müalicə almaq mümkün olsaydı, ətrafda narkomanlar olmazdı. Asılılıq iradə gücünə həll olunacaq bir xəstəlik deyildir. Kompleks şəkildə mütəxəssislər tərəfindən aparılan müalicə kursuna ehtiyac var.

  • Asılılıqdan qurtulmanın mümkün olduğunu söyləmək olarmı?

    Müalicə mümkünsüz olsaydı, həkimlər bunu etməzdilər. 12 Addım proqramı, Reabilitasiya metodikası illərdir ki, asılılıqdan qurtulmaqda insanlara yardım edir. Əgər bunun mümkün olmadığına inanırsızsa buyurun gəlin mərkəzimizdə narkomaniyadan qurtulmuş, tam şəkildə bir ayıq həyat yaşayan insanlarla tanış olun.

  • Elə bir dərman var ki, narkotikdən birdəfəlik qurtulmaq mümkün olsun?

    Sehrli bir dərman preparatı yoxdur ki, onu qəbul edib təmamilə bu bəladan qurtula biləsən. Yeganə çıxış yolu uzunmüddətli reabilitasiya kursunu keçib, asılılıq xəstəliyini tanımaq, onunla mübarizə aparmağın üsulların öyrənməkdir. Ancaq bu təqdirdə insan təmamilə narkotiksiz, hər hansı bir kimyəvi maddəsiz, yeni bir həyata başlaya bilər. Psixoloji cəhətdən bərpa olunan insan sağlam düçüncəsi qayıtdıqdan sonra artıq narkotiklərə ehtiyac duymur.

  • Narkoman spirtli içkilərlə narkotiki tərgidə bilər?

    Bunu etməyə çalışanlar bilirlər ki, bu sadəcə mənasızdır. Çünki asılı şəxs asılılıq xəstəliyindən əziyyət çəkir və bir kimyəvi maddəni digəri ilə əvəz etməyə çalışdıqda mənasız bir cəhdlə üzləşir. Narkoman alkoqolla narkotiki əvəz etməyə çalışdıqda alkoqolikə çevrilə və ya bir müddətdən sonra yenidən narkotik istifadəsinə qayıdır. Sağalmaq üçün ilk növbədə kimyəvi maddə qəbulunu təmamilə dayandırmaq lazımdır.

  • Müalicə almağa inandırmaq üçün xəstəylə necə danışmaq lazımdır?

    Xəstəyə ilk növbədə müalicəyə başlamaq tələbinin ədalətli və haqlı olduğunu inandırmağa çalışmaq lazımdır. Narkotik istifadəsinin onun və yaxınlarının həyatında yaratdığı problemləri sakit formada ona çatdırmaq lazımdır. Yəni valideynlər, bacılar və ya qardaşlar öz yaxınını pis bir şey etməyə məcbur etmirlər, əksinə sağlamlığına qayğı göstərirlər və bu istək xəstələr üçün əks reaksiyaya səbəb ola bilər. Asılı şəxslər həmişə sağlamlıqlarına zərər verdiklərini və başqaları üçün təhlükə yaratdıqlarını inkar edirlər. Mərkəzimizin əməkdaşları xəstəylə danışıb ona sağalmaq üçün motivasiya verərək bu işdə xəstənin yaxınlarına yardım edirlər.